Ədliyyə Nazirliyində mühüm vəzifələr boş qalıb — Təyinatları gecikdirən SƏBƏBLƏR NƏDİR?
13 Dekabr 2025, 21:34
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
352
28.04.2025, 17:02
Son günlər sosial şəbəkə istifadəçiləri arasında dələduzluq halları artmaqdadır. Bəzi şəxslər tanınmış simaların adından insanlarla əlaqə quraraq onlardan maddi vəsait tələb edir, bu zaman isə etibar qazandıqdan sonra onları aldatmağa nail olurlar.
Daha təhlükəlisi isə bu dələduzların həmin şəxslərin şəxsi həyatına dair dəqiq məlumatlara sahib olmasıdır. Bu da aldadılan insanlarda "onlar bəlkə də doğrudan tanışdır" təəssüratı yaradır.
Maraqlıdır, bu şəxslər bu qədər dəqiq və şəxsi məlumatları haradan əldə edirlər?
Oxu24.com xəbər verir ki, İT mütəxəssisi Fərid Kazımov yenisabah.az-a bu barədə açıqlama verib. Bildirib ki, şəxsi məlumatların dələduzların əlinə necə keçməsi dərindən araşdırılmalıdır:
"Müəyyən hallarda şəxsi məlumatların üçüncü tərəflərə sızdırılması halları müşahidə olunur. Bu vəziyyətdən sui-istifadə edən dələduzlar müxtəlif qanunsuz fəaliyyətlər həyata keçirə bilirlər. Baş verən bütün bu halların səbəbləri müvafiq orqanlar tərəfindən hərtərəfli araşdırılmalı, şəxsi məlumatların necə sızdırıldığı tam aydınlaşdırılmalıdır.
Eyni zamanda şəxsi məlumatların qorunması istiqamətində mövcud tədbirlər daha da gücləndirilməlidir. Problemin əsas mənbələrindən biri onlayn platformaların inkişafı fonunda müxtəlif resursların qeydiyyat zamanı şəxsi məlumatların təqdim olunmasını tələb etməsidir. Təqdim edilən bu məlumatlar bəzən təhlükəsiz şəkildə qorunmur və nəticədə dələduzların əlinə keçir".
Həmçinin oxuyun
Ekspert bu sahə üzrə təhlükəsizlik tədbirlərinin artırılmasını məqsədəuyğun sayır:
"Bundan əlavə, bəzi hallarda şəxsi məlumatlar dələduzluq məqsədi daşımadığı təqdirdə belə, kommersiya qurumları və şirkətlər tərəfindən reklam məqsədilə əldə edilir. Belə ehtimallar da şəxsi məlumatların təhlükəsizliyi baxımından ciddi risklər yaradır.
Mövcud risklərin qarşısını almaq üçün hüquqi baza təkmilləşdirilməli, şəxsi məlumatların qorunması sahəsində daha sərt tənzimləyici tədbirlərin qəbul olunması zərurətə çevrilmişdir. Çünki şəxsi məlumatların oğurlanması halları insan həyatına daha ciddi, bəzən isə bərpası mümkün olmayan mənfi təsirlər göstərə bilər".
21:34 / 13 Dekabr 2025
4
21:21 / 13 Dekabr 2025
19
21:19 / 13 Dekabr 2025
21
21:15 / 13 Dekabr 2025
20
21:02 / 13 Dekabr 2025
24
20:49 / 13 Dekabr 2025
155
20:44 / 13 Dekabr 2025
43
20:36 / 13 Dekabr 2025
44
20:26 / 13 Dekabr 2025
52
20:01 / 13 Dekabr 2025
178
19:53 / 13 Dekabr 2025
61
19:21 / 13 Dekabr 2025
286
19:16 / 13 Dekabr 2025
93
18:32 / 13 Dekabr 2025
896
18:12 / 13 Dekabr 2025
154
18:02 / 13 Dekabr 2025
99
17:43 / 13 Dekabr 2025
1497
17:09 / 13 Dekabr 2025
99
16:55 / 13 Dekabr 2025
326
15:58 / 13 Dekabr 2025
107
15:47 / 13 Dekabr 2025
95
15:39 / 13 Dekabr 2025
120
15:08 / 13 Dekabr 2025
2767
14:50 / 13 Dekabr 2025
111
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.